1. Reaktiv yanaşma
*REACT - müəyyən hadisələrə reaksiya vermək
• Sənədlərin tam şəkildə mövcud olmaması
• Biliklərin kifayət qədər olmaması
• Qısa müddətli və start-up layihələrində
• İşçilərin tez- tez dəyişməsi
Sadə dildə desək:
  • Qərarları vaxtı gəldikcə veririk
  • Problemlər yarandığı zaman, həll yollrını axtarırıq
Əsasən eksplorativ, yəni kəşfiyyat xarakterli test texnikasından istifadə olunur.
Əsas məqsəd, test və programlaşdırma dövründə baş verən hadisələrin qeydiyyatını və onlara reaksiya verilməsini həyata keçirlməsidir.
2. Metodikaya əsaslanan yanaşma
Keçmiş layihələrdən yazılı sənədlərimizə üz tutaraq, kontekstə uyğun olaraq müəyyən metodikaya mürəciət edirik.
• Prosedurlara, geri dönüşlərə əsaslanaraq sənəd toplusunu lazımi təqdirdə optimallaşdırırıq
• BUGların təsnifatını bir daha dəqiqləşdiririk
• İterativ şəkildə test keyslərin sayını artırıq

Metodikaya əsəslanan yanaşmada, Reaktiv strategiyasindan tam imtina etməsək də, test prosesində onun rolu azalır
3. Standartlara / proseslərə əsaslanan yanaşma
Şirkət tənzimlənən sənayedə fəaliyyət göstərirsə (məsələn, avtomobil istehsalçıları kimi), burada spesifikasiyaların, standartların, normativ sənədlərin və tələblərin siyahıları hazır şəkildə təqdim olunur.
Bu standartlar və siyahılar məhsulun nələrə uyğun olmasını göstərir.
Məşhur Standartlar:
• GDPR (həssas şəxsi məlumatların qorunması haqda) standart
• HİPAA (sağlamlıq haqqında məlumatların qorunması) standart
Test prosesinin əsas mərhələləri
• Tələbləri, sənədləri nəzərdən keçirmək,
• Standartları əhatə edən test prosesini yaratmaq,
• Test keysləri yazmaq və həyata keçirmək,
• BUG raportlarını yazmaqdır.
Nəticə olaraq deyə bilərik ki, bu və yaxud digər Program Təminatı standartlara uyğundur ya yox, bunu geniş istifadəyə vermək olarmı ya yox.
4. Yönəldilmiş, yaxud məsləhətçi köməyinə əsaslanan yanaşma
Spesifik sahələr üzrə yaradılmış Program Təminatını uğurlu test mərhələsindən keçirmək məqsədilə bəzən kənar ekspertlərin və məsləhətçilərin köməyinə ehtiyac yaranır(məsələn, təhlükəsizlik sahəsi üzrə).
Onlar öz növbəsində ekspert olan sahə üzrə bütün xüsusiyyətləri və incəlikləri nəzərə alaraq test prosesini düzgün istiqamətə yönəldir, test bazasını təkminləşdirməyə yardımçı olurlar.
Yönəldilmiş və ya məsləhətçi köməyinə əsaslanan bu yanaşma, xüsusilə yüksək ixtisaslaşmış sahələrdə test mərhələsinin effektivliyini artırır, test bazasını təkmilləşdirməyə kömək edir və ayrılan vaxtın aşma ehtimalını azaldır.
5. Analitik yanaşma
Program Təminatını tətbiq edərək qeyd olunan sahələrdə riskləri nəzər alırıq
• Məhsul riskləri
• Proses riskləri
• Layihə riskləri
Neqativ halların gələcəkdə yarandığını ehtimal etsək, onların istifadəçiyə istismar zamanı nə dərəcədə mənfi təsir edəcəyini analizdən keçirir, təhlil edirik.
Hər bir riskin çəkisi də müəyyənləşdirilməlidir (həm funksional həm də qeyri-funksional), yəni risklərə prioritet dərəcəsi verilir. Yüksək dərəcəli olan və biznesə daha çox ziyan vura biləcək risklər ilk növbədə geniş araşdırılır və qarşısı alınma tədbirləri görülür.
Biznəsə daha da çox uğur gətirə biləcək funksionallıqlar (aspektlər) da araşdırılır.
Bu funksionallıqlarda xəta baş verməsinin qarşısını almaq üçün onlar çoxlu sayda testlərlə əhatə olunur – bununla da biz İSTQB-nin 7-ci test prinisipinin mənfi tərəfinin qabağını almış oluruq. Eyni şəkildə, aspektlərə də prioritet verilir və yüksək dərəcəli olan aspektlər geniş miqyaslı testlərdən keçirilir.
09.01.2024

TEST STRATEGİYALARI
Test Strategiyaların icrası

6. Reqressiv teslərin azaldılmasına yönəldilmiş yanaşma
İnkremental şəkildə yaradılan (getdikcə böyüyən) Program Təminatı, həm də yığılan pozitiv və neqativ test keyslərinin sayının artması ilə müşahidə olunur.
Artan Reqresiv testlərin problemini həll etmək üçün müxtəlif şirkətlər fərqli üsullardan istifadə edir. Bu üsullar şirkətdaxili qaydalara, prosedur və standartlara əsaslana bilər.
Həll yolları:
Avtomatlaşdırılmış üsulda testlərin həyata keçirilməsi.
• işçilər müəyyən biliklərə malik olmalıdır,
• lazımi olan mühit yaradılmalıdır,
• və xüsusi test alətlərindən istifadə olunmalıdır.
Təsirin Təhlili prinsipi (İmpact Analysis)
Bir modul yaradıldığı zaman digər modullara təsir edə biləcək dərəcəsi təxmin edirilir, və sonradan test zamanı məhz bu dairəni əhatə edən testlər ilk öncə həyata keçirilir.
Digər testlər isə Reliz qabağı yoxlanılır.
Bəzən bir layihədə yalnız bir yanaşma seçilə bilər, amma praktika göstərir ki, bir yanaşma digər yanaşma ilə birləşdirilə və ya məhsulun inkişaf və test müddətində tamamilə dəyişdirilə bilər. Agile mühitində adi bir haldır ki, başlanğıc kimi bir strategiya seçilir, yalnız vaxt keçdikcə digər strategiya ilə tamamlanır, və yaxud tam əvəzlənir.
7. Model üzərində qurulumuş yanaşma
Bu strategiyanın çətinliyi ondan ibarətdir ki, burada keyfiyyətin dərəcəsinin ölçülməsi üçün riyazi hesablamalardan istifadə olunur.
Cədvəllərə gözlənilən keyfiyyət meyyarlarını, KPİları, testlərin nəticələrini daxil edərkən riyazi düstur əsasında məhsulun keyfiyyət dərəcəsini müəyyənləşdirmək mümkündür. Bu dərəcə faiz, qrafik və digər üsullarla göstərilə bilər.
Daxil olunan göstəricilərin düzgün müəyyənləşdirilməsi və sifarişçinin əsasən qeyri-funksional meyyarlara düzgün çəki dərəcəsinin verilməsi xüsusi önəm daşıyır.
Əsas modellər
• Etibarlılıq modeli
• Cari vəziyyəti müəyyənləşdirən model
• Biznes proseslərin modeli
Test prosesində seçilmiş yanaşma Strategiya sənədinin bir komponenti sayılır. Çox vaxt ‘yanaşma’ sözü məhz ‘strategiya’ sözü ilə əvəzlənir. ISTQB prinsiplərinə əsasən Test strategiyası adətən məhsul və ya təşkilat səviyyəsində test prosesinin ümumi təsvirini ehtiva edir və onun yazılması QA rəhbərinin və ya baş QA əməkdaşının məsuliyyətidir.
Telman Veber
QA & Testing Engineer - Jun